Dünya Bankı (DB) 2019-cu ildə Azərbaycanda ÜDM-in artımını 3,6% səviyyəsində proqnozlaşdırır ki, bu da iyun ayının proqnozundan 2 faiz bəndi azdır.
Virtualaz.org bildirir ki, Bankın saytında dərc olunan yanvar ayının “Global Economic Prospects” icmalına əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,3% təşkil edəcək, bu isə öz növbəsində iyun ayının proqnozundan 0,1 faiz bəndi çoxdur.
DB 2021-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7% səviyyəsində proqnozlaşdırır.
İcmalda vurğulanır ki, maliyyə sektorunda stabilləşmə və neftin qiymətinin nisbətən artımı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının tədricən bərpasına səbəb olub: “Ölkə iqtisadiyyatının dəstəklənməsi məqsədilə fiskal tədbirlərə ümid etməkdə davam edir. Bundan əlavə, Azərbaycan manatının məzənnəsinin stabilləşməsi inflyasiyanın azalması və pul-kredit siyasətinin yumşaldılmasına gətirib”.
Azərbaycan hökuməti isə 2019-cu ildə ÜDM-in artımının 3,6%, 2020-ci ildə - 3,8%, 2021-ci ildə - 3,6% səviyyəsində olacağını gözləyir.
Onu da qeyd edək ki, Azərbaycan DB qrupuna 1992-ci ildə qoşulub.
Paylaş: