Xəbər lenti

  

İsrailin “Aeronautics Defense Systems” LTD şirkətinin Azərbaycana təzədən pilotsuz uçan aparatlar (PUA) - kamikadzelər tədarük edəcəyi barədə ötən sayımızda məlumat vermişdik. Belə ki, “The Times og İsrael” nəşri yazıb ki, İsrailin Müdafiə Nazirliyi şirkət tərəfindən “Orbiter 1K” PUA-ların Azərbaycana satışına qadağanı götürüb.

Bir daha xatırladaq ki, adıçəkilən kampaniya ilə bağlı qalmaqal 2017-ci ilin yayında yaranmışdı. O zaman yeni PUA-lar almağa hazırlaşan Azərbaycan nümayəndələri guya şirkətin ölkəmizə gələn əməkdaşlarından xahiş ediblər ki, bu dronların imkanlarını əyani nümayiş etdirsinlər və bundan ötrü də operatorlara Qarabağdakı erməni mövqelərinə zərbə endirməyi təklif ediblər.

O vaxt bu haqda erməni tərəfi süni hay-küy qaldırmışdı. Ondan qabaq isə Bakının İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemləri almağa hazırlaşması düşmən ölkədə təlaş doğurmuşdu...  

*****

Gözlənildiyi kimi, PUA-larla bağlı qadağanın aradan götürülməsi Ermənistanda narahatlıq yaradıb. “Yeni Müsavat”ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) bu məsələni “iki və çoxtərəfli diplomatik meydançalarda qaldırmaq” niyyətindədir.     

“Ermənistan XİN İsrailin pilotsuz uçan aparat-kamikadzeləri Azərbaycana satmaq məsələsini iki və çoxtərəfli diplomatik meydançalarda qaldırmaq” niyyətindədir". Bunu XİN-in mətbuat katibi Anna Naqdalyan xəbərə münasibət bildirərkən deyib.

âAeronautics Defense Systemsâ ile ilgili görsel sonucu

Onun sözlərinə görə, regionda sürətlə silahlanma İrəvanın gündəmindədir. “Və biz bu məsələni həm ikitərəfli, həm də çoxtərəfli platformalarda qaldıracaq və müzakirə edəcəyik. Görünür ki, bizim beynəlxalq tərəfdaşlarımıza dəfələrlə xatırlatmaq lazımdır ki, bizim regionda silahlanma yarışı çox təhlükəlidir”, - deyə o əlavə edib.

*****

Aprel döyüÅlÉrindÉ AzÉrbaycan ordusu ile ilgili görsel sonucu

Ancaq erməni tərəfinin bu hay-küyü də yersizdir və işğalçı ölkəyə heç bir pozitiv divident gətirə bilməz. Çünki əvvəla, ərazisinin 20%-i on illərdir erməni işğalı altında olan Azərbaycanın ən müasir silahlar alıb öz ordusunu gücləndirməyə və torpaqlarını istənilən yolla azad eləməyə haqqı var. Bu haqqı isə Azərbaycana ilk növbədə Ermənistanın da üzvü olub altından imza atdığı BMT Nizamnaməsi və BMT TŞ-nin Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi verir. Hələ ki bu sənədləri heç kim ləğv eləməyib. Eləcə də Qarabağla bağlı Avropa Birliyinin (Avroparlament), AŞ PA-nın, NATO-nun, Qoşulmamaq Hərəkatının və 54 müsəlman dövlətini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının analoji sənədləri var. Bunlar hamısı bütövlükdə Azərbaycanın xeyrinə beynəlxalq ictimai rəy deməkdir.              

İkincisi, Azərbaycan Ermənistandan fərqli olaraq, hansısa ölkədən asılı duruma düşməmək üçün çoxdan özünün silahlanma siyasətini şaxələndirib və hərb texnikanı və sistemləri təkcə İsraildən almır. Ermənistanın 1 nömrəli müttəfiq Rusiya, Belarus, qardaş Türkiyə, Pakistan, bəzi Avropa ölkələri də bizim silah tədarükçülərimiz sırasındadır.

Məsələn, az öncə Minskdə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov Belarusun qabaqcıl hərbi-sənaye müəssisələrində olmuş, ölkənin siyasi və hərbi rəhbərliyi tərəfindən qəbul olunmuşdu. Səfərdən sonra məlum oldu ki, KTMT üzvü olan Belarusla bu qurumun üzvü olmayan Azərbaycan arasında “Polonez” müasir raket sistemlər ilə bağlı anlaşma əldə edilib - hansı sistemlər ki, “İsgəndər” komplekslərinin analoqu sayılır.

âPolonezâ müasir raket sistemlÉr ile ilgili görsel sonucu

O vaxt bəzi Rusiya KİV-ləri bu anlaşmanın xüsusən də Rusiyada qıcıq doğuracağını yazmışdı. Belarusun KTMT üzrə müttəfiqi Ermənistanda isə əməlli-başlı hay-küy qalxmış, prezident Aleksandr Lukaşenko erməni xalqına qarşı cümlə xəyanətlərdə suçlanmışdı. Rəsmi Minsk də cavabında bəyan eləmişdi ki, Belarus müstəqil siyasət yürüdür və Azərbaycanla hərbi əməkdaşlığı heç nəyə baxmadan davam etdirəcək.  

*****

Yeri gəlmişkən, dünən bəlli olub ki, Rusiya Azərbaycana “Palonez”lərin satılmasından narahat deyil. “Belarusun Azərbaycana ”Polonez" reaktiv sistemlərini tədarük etməsi Rusiyanı narahat etmir". Bunu “Kommersant”a müsahibəsində Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev deyib (axar.az).

“Bəli, Azərbaycan bu gün təkcə bizimlə yox, digər tərəfdaşları ilə, xüsusilə də beloruslarla əməkdaşlıq edir. Bu, bizi narahat etmir. Birincisi, biz sağlam, normal rəqabətin tərəfdarıyıq, ikincisi isə hər iki ölkə MDB-yə üzvdür. Bu halda biz necə buna qarşı ola bilərik? Əgər Azərbaycan-Belarus hərbi texniki əməkdaşlığı sağlam məntiq çərçivəsində baş verirsə, biz heç kimə heç nəyi diktə edə bilmərik və bunu etməyə də hazırlaşmırıq”, - deyə o əlavə edib.

*****

Üçüncü yandan, Ermənistanın yeni rəhbərliyi də artıq anlamamış deyil ki, işğal faktı qala-qala İrəvan heç vaxt Bakı ilə silahlanma yarışına girmək gücündə olmayacaq. Özünü qərbyönlü kimi qələmə verən Paşinyan hökuməti də Rusiyadan ucuz, daxili bazar qiymətinə və minimal faizlə verilən kreditlər hesabına silahlar almağa ümid eləmək zorundadır.

Yəni rəsmi İrəvan həqiqətən bölgədə sürətlə silahlanmadan səmimi şəkildə narahatdırsa, o zaman bunun gerçək səbəbinə baxmağa özündə cəsarət tapmalıdır. Əsas səbəb isə əlbəttə ki, İrəvanın işğalçılıq siyasətidir. Bu siyasət qaldıqca Azərbaycanın sürətlə silahlanması da, böyük müharibə riski də aradan qalxmayacaq. Demək, erməni tərəfinin müharibə təlaşı da azalmayacaq, əksinə, getdikcə artacaq...                    

Siyasət şöbəsi,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 477          Tarix: 7-02-2019, 10:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma