Xəbər lenti

 M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Kamal Əhmədovun müəllif konserti olmuşdur. Müəllif konserti M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə baş tutmuşdur.Orkestrin bədii rəhbəri və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev, dirijor İlahə Hüseynova , xormeyster Fəxrəddi Ağayev idi. 
Konsertdə şairlərdən Elbəyi Maqsudovun, Xanəli Kərimlinin, Muxtar Qasımzadənin , Tahir Aslanın və başqalarının sözlərinə yazılmış mahnılar, həmçinin Kamal Əhmədovun rapsodiya və  şikəstəsi səsləndirilmişdir.

Azərbaycanın xalq artisti Samir Səfərov, Respublika və beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım Nicat, müğənni Bəsti Qasımova, əməkdar artist  Çinarə Heydərova, 2013-cü il muğam müsabiqəsi qalibi Sərxan Bünyadzadə,  Prezident mükafatçısı Fatma Əliyeva və başqalarının ifa etdikləri mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 718          Tarix: 7-02-2019, 23:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma