Musavat.com xəbər verir ki, yenicə yaranan və getdikcə populyarlaşan Azərbaycan Xalq Hərəkatı (AXH) ilə AXCP arasında birləşmək istiqamətində danışıqlar başlayıb. Saytımızın əldə etdiyi məlumata görə, bu danışıqlarda AXH-ni İdarə Heyətinin üzvü Mətləb Mütəllimli təmsil edir. Danışıqlarda vasitəçi kimi Nemət Pənahlının adı çəkilir.
Lakin məsələnin maraqlı tərəfi budur ki, bu danışıqlar AXH rəhbərliyindən xəbərsiz aparılır. Bunca mühüm bir proses barədə AXH İH-nin dünən, 11 martda keçirilən iclasında bir kəlmə də danışılmayıb. Hətta bəzi iddialara görə, bu danışıqlar prosesi AXH-ni populyarlaşdıran qurucu İH üzvü İsgəndər Həmidovdan da gizlədilir.
Musavat.com-un əldə etdiyi məlumata görə, birləşmə danışıqlarında Əli Kərimli ön şərtlərini açıqlayıb. Bu şərtlərə görə, Qurban Məmmədov AXH-dən və bütün proseslərdən uzaqlaşdırılmalıdır. Hətta iddia olunur ki, danışıqlarda İsgəndər Həmidovsuz birləşmənin daha ideal olacağı vurğulanıb.
Adları çəkilən şəxslərin də fikirlərini dərc etməyə hazırıq.
Musavat.com
Paylaş: