Xəbər lenti

 

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya 

Bakı şəhərində fəaliyyət göstərən “Mur-Ay” MMC, “Şərur” MTK və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən aldadılaraq maddi və mənəvi zərərçəkmişlər tərəfindən 

Təşəkkür və İMDAD ƏRİZƏSİ 

Çox hörmətli Birinci Xanımımız və Birinci Vitse-Prezidentimiz! Biz müxtəlif tarixlərdə rəsmi müqavilələrlə “Mur-Ay” MMC-dən mənzillər və qeyri yaşayış sahələri aldıq. 2011-ci ildə “Mur-Ay” MMC-nin vəzifəli şəxsləri dələduzluq edərək 317 mənzil və qeyri-yaşayış sahələrini 1000-dən çox vətəndaşa sataraq bizə küllü miqdarda ziyan vurduqları üçün cinayət işi başlanmış və onlar həbs edilmişlər. “Mur-Ay” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem və bu problemdən doğan gərginlik hörmətli Prezidentimiz İlham Əliyev cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə müvafiq göstəriş vermişdir. Cənab Prezidentin göstərişi əsasında Bakı şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamış və problemin həlli Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Şərur” MTK-ya həvalə edilmişdir. Bundan sonra “Mur-Ay” MMC-nin bütün əmlakları “Şərur” MTK-nın balansına keçirilmiş, əlavə olaraq “Şərur” MTK-ya 4 hektardan artıq torpaq sahəsı və 10 milyon manat maliyə yardımı ayırmışdır. Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun olaraq Şərur” MTK-ya üzərlərinə düşən bütün digər yardımları etmişlər. Lakin “Şərur” MTK-nın rəbəri İsfəndiyar Axundov həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin bir qismini icra etsə də, biz zərərçəkmişlərə müxtəlif bəhanələrlə mənzil verməkdən imtina etmişdir.

"Şərurlu İsfəndiyar"ın aldatdığı vətəndaşlar Mehriban Əliyevaya müraciət ünvanladıNeçə illərdi müraciət etdiyimiz ilgili dövlət təşkilat və qurumları eləcə də dəfələrlə müraciət etdiyimiz məhkəmələr bizim əmlak hüquqlarımızın bərpa etməməsinə heç bir kömək etməmişlər. Əksinə hər dəfə sanki vəzifə borclarıymış kimi “məğlubedilməz” İsfəndiyar Axundovun xidmətində durmuşlar. Son olaraq 2017-ci il boyu davam edən məhkəmənin də sonunda hakim Ayaz Məmmədov (Yasamal rayon məhkəməsi) bütün imkanlarını “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun müdafiəsi üçün sərf etmiş və qanunlarla daban-dabana zidd tamamilə edalətsiz qətnamə qəbul etmişdir.

Mərhəmətli Mehriban xanım! 

Hər yerdən rədd cavabı alaraq tam çarəsiz qaldıqdan sonra, 2018-ci ilin fevral ayında son ümid yeri olaraq Sizə imdad ərizəsi göndərərək xahiş etdik ki, bizim işimizi nəzarətinizə götürərək məhkəmənin ədalətli və obyektiv qərar çıxarmasına köməklik göstərəsiniz. Biz hamımız inanırıq ki, Siz bizim müraciətimiz əsasında bu işi nəzarətinizə götürmüş və işə yalnız və yalnız qanun əsasında baxılması və sonda ədalətli qərar çıxarılması barədə göstərişlərinizi vermisiz. Əminliklə bildiririk Bakı Apellyasiya Məhkəməsində 28 dekabr 2018-ci ildə qəbul edilən qanunauyğun və ədalətli qətnamə Sizin müdaxiləniz nəticəsində baş vermişdir! Və buna görə də Sizə dərin və sonsuz Minnətdarlığımızı bildirmək üçün təşəkkür məktubu göndərdik. Çox hörmətli Birinci Vitse-Prezidentimiz! 2018-ci ilin mart-dekabr ayları müddətində bizim apellyasiya şikayətimiz Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyev və Məmməd Məmmədov tərəfindən araşdırıldı və sonda qanuni və ədalətli qətnamə çıxarılaraq iddiamız təmin edildi. Ancaq biz bu gün yenidən böyük narahatlıq içərisindəyik, belə ki “məğlubedilməz” İsfəndiyar Axundov hər yerdə əminliklə bildirir ki, Ali Məhkəmədəki havadarları hesabına Bakı Apellyasiya Məhkəməsinin ədalətli və qanuni qətnaməsini ləvğ etdirərək biz zərərçəkmişləri ailə üzvləri ilə birlikdə ömürlük kirayələrdə yaşamağa məhkum edəcəkdir. Axırıncı 4 ayda biz 2 dəfə PA-nın hüquq şöbəsində qəbulda olmuşuq və bizi Ali Məhkəmənin sədri Ramiz Rzayevin qəbuluna göndərmişlər. Sədrin qəbul işləri ilə məşğul olan Elnur adlı şəxs bizi 2 ay get- gələ saldıqdan sonra son sözü bu oldu ki: - PA-da bilmirlər ki, Ramiz Rzayev adam qəbul eləmir? 

Mərhəmətli Mehriban xanım! 

Bilirdik ki, Prezidentimizdən və Sizdən başqa heç kim bizim dərdimizə əlac etməyəcək. Ona görə də birbaşa Sizə müraciət etmişik. Sizdən acizanə xahiş və təvəqqə edirik ki, mərhəmətinizi bizim üzərimizdən əskik etməyərək, bizim sözügedən mülki tələbimzə dair Ali Məhkəmədə 23 iyul 2019 il tarixdə hakim Vahəddin İbayevin sədrliyi ilə çıxarılacaq qərarin da qanuni və ədalətli olmasın köməklik edin. 
Biz yalnız Sizə güvənirik. İnanırıq ki, öz mərhəmətiniz və ədalətiniz sayəsində bizə görə Cənab Prezidentimizin verdiyi göstərişin tam həlli üçün köməyinizi əsirgəməyəcəksiniz.

Ali Məhkəmin sədri Ramiz Rzayev 

Qadir Allahdan Prezidentimizə, Sizə və dəyərli ailə üzvlərinizə möhkəm can sağlığı, qüdrət və xoşbəxtlik arzulayırıq. 



Hakim Vəfaddin İbayev

Qadir Allahdan Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirik!

Hörmətlə, 

Zərərçəkənlər:

Əhmədov Sübhan Süleyman oğlu_________________

Cəfərov Mafisəd İltizam oğlu____________________

Abbasov İlqar Vəlican oğlu______________________

Əliyev Zəfər Əlisahib oğlu_______________________

Məmmədli Müzəffər Əli oğlu_____________________

Şirinbəyova Maral Muxtarpaşa qızı_________________

Abasova Seyranə Şərəfxan qızı_____________________

İsgəndərov Vidadi Təhlət oğlu_____________________

Aslanova Nailə Vasif qızı_________________________

Abasov Mahir Ruşan oğlu_________________________

Talıbova Zibeydə Dadaş qızı_______________________

Əliyev Qulamhüseyn Əlihüseyn oğlu_________________

Abıyev Anar İsrəfil oğlu __________________________

Səfərov Alim Ərəstun oğlu_________________________


19 iyul 2019-cu il

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq


Strategiya.az




Ana səhifəyə qayıt        Baxış: 435          Tarix: 21-07-2019, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma