Xəbər lenti

 

"Bütün Azərbaycan ictimaiyyətini ayağa qaldıracam"

Xəbər verdiyimiz kimi, tarixçi-alim, antropoloq, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədov Gürcüstana buraxılmayıb. Əslən Dmanisi (Başkeçid) rayonunun Gəyliyən kəndindən olan tarixçi-alim bir neçə gün öncə ailəsi ilə birlikdə doğulduğu kəndə getmək istəyib. Lakin Azərbaycan-Gürcüstan sərhədində gürcü sərhədçilər alimi saxlayıb və ona guya Gürcüstan qanunvericiliyinə uyğun olmayan fəaliyyət göstərdiyindən “arzuolunmaz şəxs” elan olması səbəbi ilə Gürcüstana girişinə yasaq qoyulduğunu bildiriblər.

İnsidentlə bağlı Kərəm Məmmədov AzNews.az-a açıqlama verdi. O, bu məsələyə görə müxtəlif qurumlara, o cümlədən Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət edəcəyini bildirdi.

Alim Gürcüstana buraxılmamasının səbəbini bilmədiyini də dedi:

“Sənədin 6 bəndində qanunvericiliyi pozan bəndlər var. Onların heç bir bəndini mənə şamil edə bilməyiblər. Sənəddə “Digər səbəblər” deyilən bənd var. onu bəhanə gətiriblər. Digər səbəb nədir mənə çatmir. Bunu belə qoymayacam. Bütün Azərbaycan ictimaiyyətini ayağa qaldıracam. İki il öncə də belə bir hadisə olmuşdu, onu aradan qaldırdılar. Mən terrorçu deyiləm, hər hansı dini təbliğ etmirəm. Evimə, ailəmə dincəlməyə gedirəm. Sistem altındayam, vəziyyətim çox pisdir”.

Qeyd edək ki, alimlə bağlı birinci hadisə 2019-cu ilin mart və aprel aylarında baş verib və sonradan aradan götürülüb. Həmin vaxt Kərəm Məmmədov anasının dəfnində və 40 mərasimində iştirak edib.

Bahar RÜSTƏMLİ

AzNews.az




Ana səhifəyə qayıt        Baxış: 352          Tarix: 26-07-2019, 09:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma