Dağlıq Qarabağ konfliktinin həlli təkcə hərbi və diplomatik müstəvidə deyil.
Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Fransada erməni dilində çıxan “Nouvelle d'Arménie” jurnalına müsahibəsində deyib.
“Bizim konfliktimiz var və o hələ də həll edilməyib. Əgər biz strateji düşüncəyə sahib xalqıqsa, biz bu məsələləri qısa zamanda, bir neçə gün ərzində həll edə bilmərik. Qarabağ məsələsinin həlli üçün ölkənin potensialının konsolidasiyasına ehtiyac var. İlk növbədə Ermənistan ictimaiyyəti və iqtisadiyyatı rəqabət qabiliyyətli olan daimi inkişaf yoluna çıxmalıdır. Biz gərək bütün ciddiliyimizlə iqtisadi inkişafımızı təmin edək. Qarabağ məsələsi yalnız ayrıca götürülən hərbi və diplomatik yollarla həll edilə bilməz”, – deyə o bildirib.
Paylaş: