Xəbər lenti

 

İşğalçılar tərəfindən Dağlıq Qarabağ ərazisində yaradılan seperatçı rejimin "Müdafiə nazirinin sözçüsü" Artsrun Hovhannisyan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında açıqlama verib.
Ermənistan mətbuatı bildirir ki, Artsrun Hovhannisyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının mümkün olmayacağını qeyd edib.
Seperatçı rejimin təmsilçisi deyib ki, Azərbaycan tərəfi 2018-ci ilin noyabr ayında  "hamının hamıya" prinsipilə dəyişdirilməsini təşkil edib: "Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin əvəzinə Ermənistan vətəndaşları Arsen Bağdasaryan, Karen Kazaryan və Zaven Karapetyanı təklif edib. Ancaq Ermənistan bundan imtina etdi. Səbəb odur ki, Dilqəm Əsgərov və Şahbaz yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb və öldürüblər".
Artsrun Hovhannisyan onu da qeyd edib ki, biz Dilqəm Əsgərov və Şahbaz Quliyevin əvəzinə Azərbaycandan "Arabo" batalyonunun basdırılan döyüşçülərinin tapılmasına icazə vermələrini istəməmişik: "Amma Azərbaycan tərəfinə itkin düşənlərin axtarılmasına şərait yaradacağımızı bildirmişik. Amma tərəflər arasında hansısa bir formada əlaqə olmadığı üçün bu barədə onların nə düşündüyünü bilmirik".
Məlumat üçün bildirək ki, "Arabo" batalyonu  Ermənistan erməniləri və xaricdən gələn ermənilərdən təşkil olunan terrorçu qruplaşma olub. Dəstənin adı ilk vaxtlar "Qaregin Njde" olub. Sonradan dəstənin adı "Arabo" adı ilə əvəzlənib. "Arabo" 19-cu əsrdə Osmanlıya qarşı qiyam edən Stepanos Mixitaryan adlı şəxsin erməninin təxəllüsü olub.
"Arabo" batalyonunun 80-dən çox üzvü 29 iyun 1992-ci ildə Gəncə və Tərtər batalyonlarının birgə apardığı Həsənqaya əməliyyatı zamanı tamamilə məhv edilib.
"Arabo" batalyonu uzun müddət Ermənistanda itkin hesab edilib. Lakin, 2008-ci ildə "Youtube"də  batalyon üzvlərinin cəsədlərinin əks olunduğu tarixi kadrların yayılmasından sonra "Arabo" yenidən gündəmə gəlib.\\Yeniavaz.com




Ana səhifəyə qayıt        Baxış: 819          Tarix: 13-09-2019, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma