Xəbər lenti

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında Dağlıq Qarabağ və Kəşmir münaqişəsi ilə bağlı məsələlərə toxunub.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, Ərdoğan Dağlıq Qarabağın BMT qətnamələrinə baxmayaraq hələ də işğalda saxlanılmasına diqqət çəkib.

“Dünyamızın ədalətli və hüzurlu gələcəyi üçün əsas məsələlərdən biri Cənubi Qafqazın problemli bölgə olmaqdan çıxarılmasıdır. Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf rayonların, verilmiş qərarlara baxmayaraq, hələ də işğalda saxlanılması qəbuledilməzdir. Beynəlxalq cəmiyyətin hələ də kifayət qədər maraq göstərmədiyi münaqişələrdən biri də 72 ildir həll edilməyən Kəşmir ixtilafıdır”, - deyə Ərdoğan çıxışına əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 485          Tarix: 24-09-2019, 22:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma