Xəbər lenti

 

Son 5 gün ərzində Azərbaycanda qadına şiddətin mediaya monitorinqi #QadınaŞiddətəYox Bakı Bineqedi rayon Avtovağzal metrosu yaxınlıqında Nicat Abdullayev küçədə heyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözu qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.

-Beyləqanda  Yuxarı Aran kəndində döyülərək  yolun kənarına koma veziyyetində atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızı  xestəxanada vəfat edib döyülmə səbəbi müəmmalıdır.

-Daşkəsənin Əmirvar kəndində 19 yaşlı hamilə olan Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən ölümcül döyülüb.Səbəb isə gəlin gələndə özü ilə cehiz kimi qoyun gətirməməsi olub.

-Bakının Nizami rayonunda  39 yaşli İlham Əkbərov yaşadığı evdə arvadı 36 yaşlı  Əkbərova Cəvahir  Telman qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

-Tərtərin Şıxarx qəsəbəsində qaynata əsəbləşərək avtomobil ilə  gəlininin üstündən keçib.Hadisənin ailə münaqişəsi zəmnində və qəsdən törədildiyi bildirilir.
-Gəncənin Bayan küçəsində 1977-ci il təvəlüdlü  Mustafayeva Natavan Sabir qızı əri Məhhərəm  Sirat tərəfindən boğazı kesilib.

-Bakının Nəsimi rayonunda qayın ana və qızı beyzbol dəyənəyi ilə döyülərək xəstəxanalıq edib.

-Abşeronun Masazır qəsəbəsində Abdullayeva Aynurə  Bəhmən qızı  əri  Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.

-Bakıda məhbus  Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı  33 yaşli Bayramova Elmiranı döyüb və kəsici alətlə ona xəsarət yetirib.

— Bakının Atatürk prospektində Orxan və Aysel adlı şəxslər  1995 –ci  il təvəllüdlü Musazade Nurlana İbrahim qızını döyərək telefonunu alıb hadisə yerindən uzaqlaşıblar.

-Xetai rayonu NZS qəsəbəsi ailə münaqişəsi zəmnində  qardaş öz bacısı 1966-ci il təvəllüdlü  Köçerli Bikə Məmmədəli qızını döyərək ağır xəsarət yetirib.

-Nəsimi rayonunda 44 yaşlı Abbasova Nəzirə Ağagül  qızı keçmiş əri tətəfindən döyülüb.Meydantv




Ana səhifəyə qayıt        Baxış: 432          Tarix: 10-10-2019, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma