Muxalifet.az xəbər veir ki, İngiltərənin BBC radio kanalında yayımlanan Hard Talk proqramının növbəti buraxılışında aparıcı Stiven Sakur qonağı Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyanı ermənilərin Dağlıq Qarabağ münaqişəsinə yanaşması barədə danışarkən uyğunsuzluq və yalan danışmaqda ittiham edib.
Xüsusilə Mnatsakanyan BBC dinləyicilərini Yerevanın bölgədə barışığa can atdığına inandırmağa çalışıb. Onun arqumentlərini dinlədikdən sonra Stiven Sakur sualı verıb: "Siz mənə barışıq istədiyinizi söylədiniz – o zaman izah edin ki, bir neçə ay əvvəl avqust ayında baş nazir Nikol Paşinyan tamamilə birmənalı şəkildə: " Qarabağ - Ermənistandır. Nöqtə "- deyə çox xarakterik bir bəyanat verdi. “Necə yəni o sülh istəyir?"
Ermənistan XİN rəhbəri Nikol Paşinyanın Ermənistan üçün məqbul olan həll variantının Azərbaycan və işğal edilmiş ərazilər üçün də qəbul ediləcək həll variantı olduğunu nəzərdə tutduğunu ifadə edərək sualdan yayındı. "Biz Azərbaycandan maraqlarımıza uyğun və Dağlıq Qarabağda yaşayan insanların təhlükəsizlik məsələsini təmin edən bir mesaj gözləyirik" deyıb.
Sakur, "Qarabağ Ermənistandır. Nöqtə" ifadəsinin Paşinyanın bu sözlərə nə məna verməsindən asılı olmayaraq beynəlxalq hüquqa zidd olduğunu bildirərək, söhbəti əvvəlki məcrasına qaytardı. Aparıcı, "Baş nazir " Qarabağ Ermənistan. Nöqtə", deyərkən bunun beynəlxalq hüquqa, BMT-nin və bütün müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu bilir. Bunun sülhə doğru atılan bir addım ola biləcəyini təsəvvür etmək mənim üçün çətindir", deyə təccübünü bildirıb.
"Nikol Paşinyanın nitqində Azərbaycanla müharibə zamanı 80-90-cı illərdə səsləndirilən millətçi birləşmə şüarları ilə xalqa müraciət etdiyini nəzərə alsaq, siz mənə baş nazirin barışıq istədiyini necə bildirməyə davam edirsiz?" – deyə Sakur soruşdu.
Bundan sonra Mnatsakanyan, Paşinyanın sözlərini ümum-erməni nöqteyi-nəzərdən izah etməyə çalışaraq İrəvanın ekspansiyaçı mövqeini orrtaya qoyub. "Ümum-erməni gündəliyinə Dağlıq Qarabağ da daxildir. Ermənistan birləşmə planını hazırlamağa istiqamətlənib və Dağlıq Qarabağ sakinlərini də istisna etmir – bu günümüzün ümum-erməni məsələsidir. Ermənilər təkcə Ermənistan Respublikası daxilində yox, həm də dünyanın hər yerində yaşayan millətdir. Dağlıq Qarabağa "Bura həmvətənlərimizin yaşadığı ərazidir" deyərək, sanki Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejiminin erməni xalqından ayrı olduğunu göstərmək siyasətini yürütdüyünü unutdu.
Sonra Stiven Sakur qonağının diqqətini ermənilərin əsas müttəfiqi olan Rusiyanın da Paşinyanı bu sözlərə görə qınadığına yönəltdi. "Baş nazirinizin bu görünməmiş açıqlamasından sonra Rusiya Xarici İşlər Naziri Sergey Lavrov dedi ki," Qarabağ Ermənistandır ", Albaniyanın Baş Nazirinin Tiranadan" Kosovo Albaniyadır "deməsinə oxşayır. Hətta sizin uzun müddətli hərbi və başqa sahələrdə də müttəfiqiniz olan ruslar mövqeyinizin qəbuledilməz olduğunu ifadə edirlər "dedi.
Mnatsakanyan bu qeydə də cavab vermədi, Azərbaycandan bir siqnal gözlədiyini bir daha təkrarladı. Buna cavab olaraq BBC radiosunun aparıcısı vurğuladı ki, Ermənistan da güzəştə hazır olduğu barədə hansısa bir siqnal verməlidir və erməni nazir yenə də ona məhəl qoymadan yalnız Nikol Pashinyanın da çıxışında Dağlıq Qarabağ probleminin həllinin kompromisdən keçdiyini ,”biz təkidlə deyirik ki, çıxış yolu-kompromisdir”, deyərək cavabdan yayındı. Amma erməni tərəfdən kompromisə dair heç bir şey deməyib.
Daha sonra Stiven Sakur Ermənistan ordusunun cinayətlərini xatırlatdı.
“Mənə elə gəlir ki, bu mümkünsüz vəziyyətdən çıxmaq üçün təsəvvürü işə salmaq lazımdır. Siz son 20 il ərzində erməni ordusunun törətdiyi çox dəhşətli cinayətləri etiraf etməyə və bu məsələyə başqa nöqteyi-nəzərdən baxmağa hazırsınızmı? BMT bunu qəbul edib. İnsan hüquqları üzrə Avropa məhkəməsi də bunu qəbul edib. Amnesty İnternational da erməni hərbi qüvvələrinin cinayətləri haqda danışıb. Əgər siz bu dinamikanı dəyişmək istəyirsinizsə, yeni hökumət keçmişdə törədilmiş cinayətlərə görə məsuliyyət daşıdıqlarını etiraf etməyə hazırdırmı?”-deyə aparıcı davam edib.
Mnatsakanyan bu suala cavab verməyərək heç bir dəxli olmadan, “ Ermənistan –təhlükəsizliyin tək qarantıdır”,-deyə davam edib. Aparıcı yenidən suala cavab istəyəndə isə nazir yenidən “ biz təhlükəsizliyin tək qarantıyıq, biz Dağlıq Qarabağın əhalisinin təhlükəsizliyinə cavabdehik”-deyə sualdan yayınıb.
Paylaş: