Xəbər lenti

 

Azərbaycanın mədəniyyət və elm tarixində ciddi işləri ilə diqqət çəkən Hacı Zeynalabdin Tağıyev qazandığı vəsaiti müxtəlif sahələrə yatırımlar etməklə artırıb. 

Milyonçu müxtəlif tarixi bina və abidələr tikdirməklə yanaşı azərbaycanlıların xaricdə təhsil almasına kömək edib. Onun pulları sayəsində yüzlərlə gənc İngiltərə, Almaniya, Rusiya və Fransada təhsil alıb, bu gənclər sırasında olduqca məşhur insanlar, o cümlədən Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov da olub. 

Hazırda xeyriyyəçinin tikdirdiyi bir çox tarixi bina və abidələr bu gün də müxtəlif təyinatlar üzrə istifadə olunur.

Bunlar sırasında Azərbaycan Tarixi Muzeyi, Elmlər Akademiyasının Rəyasət Heyətinin binası, Şirniyyat Fabriki, Toxuculuq Fabriki və keçmiş Qızlar Məktəbinin binasını göstərmək olar.

Hazırda Bakıda yerləşən möhtəşəm arxitektura, eksteryer və interyerinə görə fərqlənən Akademik Opera və Balet Teatrının tikintisi üçün bütün xərcləri də H.Z.Tağıyev ödəyib.

İki il müddətinə tikilərək istifadəyə verilən Cənubi Qafqazda ilk olan “Qızlar Məktəbi”ni də H.Z.Tağıyev öz vəsaiti hesabına tikdirir. Hazırda “Qızlar Məktəbi”ndə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondu yerləşir.

Bunlarla yanaşı, məşhur xeyriyyəçi rayonlarda da bir sıra işlər görüb.

Onun Xaçmaz rayonunda tikdirdiyi istirahət evi bu günə qədər qorunub saxlanır.

Bu ev 1900-cü ildə rayon mərkəzindən 20 km uzaqlıqda yerləşən Yeni Həyat kəndində tikilib.

Kənd sakinləri bildirir ki, H.Z.Tağıyev bu ərazidən keçərək tez-tez Dərbəndə səfər edib. Bu illərdə o, özü üçün burada istirahət evi tikdirib. 

Eləcə də H.Z.Tağıyev sonradan burada zona üzümçülük təcrübə stansiyasını inşa etdirib. Binanın yaxınlığında digər meyvə bağları salınıb. Hətta bir çox xarici meyvə sortları da əkilib. 

Təxminən 120 yaşı olan bina bu gün də öz orjinallığı ilə seçilir. Binanın alt hissəsində dərin bir zirzəmi olub ki, bu da vaxtilə anbar kimi istifadə edilib. 

Hazırda sözügedən tikili kənd icra nümayəndəliyi və bələdiyyəsinin istifadəsindədir. 

H.Z.Tağıyevin kənddə xatirəsinin əbədiləşdilməsi ilə bağlı adını daşıdığı küçədə mozaika üslubunda portreti də inşa edilir. 

Qeyd edək ki, istirahət evi tarixi abidə kimi qeydə alınmayıb. \\Oxu

 

 




Ana səhifəyə qayıt        Baxış: 448          Tarix: 26-10-2019, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma