Xəbər lenti

  

Suriya Müdafiə Nazirliyi döyüşçülərinin və komandir heyətinin əksəriyyətinin YPG/PKK-çılardan təşəkkül tapdığı Suriya Demokratik Güclərini (SDG) rəsmi ordu sıralarına qoşulmağa çağırdı.

Ovqat.com Suriyanın rəsmi xəbər agentliyini SANA-ya istinadən bildirir ki, nazirliyin bu gün yaydığı bəyanatda belə deyilir.

 Bəyanatda orduya qoşulmaq istəyənlər üçün lazımi nizamlayıcı hüquqi aktlar hazırlanacağı, bu günə qədər məcburi əsgərlikdən qaçanların və axtarışda olanların da bu qaydalardan yararlana biləcəkləri vurğulanır.

Məlumata görə, Suriya Daxili İşlər Nazirliyi də SDG-nın qurduğu Kürd Daxili Təhlükəsizlik Qüvvələrini də mərkəzi polis təşkilatına qatılmağa çağırıb.

 Suriya Təhsil Nazirliyi də bənzər bəyanat yayıb. Nazirlik ölkənin şimal-şərqində illərdir Suriya hökumətinə bağlı məktəblərdə oxuya bilməyən şagird və tələbələri mərkəzi təhsil sisteminə daxil etməyə hazır olduğunu açıqlayıb.

 ABŞ-ın bölgədən çəkilməsinin ardından Türkiyənin əməliyyatını dayandırmaq üçün Suriya ordusunu bölgəyə dəvət edən SDG Bəşər Əsəd rejiminə bağlı orduya 5-ci korpus kimi qatıla biləcəklərini bildirmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə YPG nümayəndələrinin Suriya ordusuna qoşulmaq ehtimalı haqqında danışarkən demişdi ki,  bu mövzu barədə rusiyalı həmkarı ilə də danışıb: "Biz Cənab Putinə bir daha xatırlatdıq ki, sizin dediyiniz fərqli bir versiya idi. Dedik ki, bunlar rejimin paltarlarını geymək surətilə ərazidə qalsalar, necə olacaq? "İmkan vermərik – dedi".




Ana səhifəyə qayıt        Baxış: 696          Tarix: 30-10-2019, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma