Xəbər lenti

 

ABŞ-ın Şimali Suriyada əsas tərəfdaşı olaraq gördüyü Suriya Demokratik Gücləri (SDG) dağılmaq ərəfəsindədir.

Ovqat.com xəbər verir ki, məlumatı ABŞ-ın maliyyə və bank maqnatlarının marağını güdən “Wall Street Journal” irəli sürüb.

Ciddi informasiya kanallarına malik qəzetin iddasına görə, SDG-nin sonunu Türkiyənin Afrində həyata keçirdiyi Zeytun Budağı əməliyyatı gətirəcək.

"İndi SDG-nin bəzi üzvləri qurumdan ayrılıb, Afrinə gedirlər. Onların bu addımı SDG-ni dağılma astanasına sürüklədiyindən rəsmi şəxsləri narahat edir. Bu adamların gedişi Amerika ordusu üçün İŞİD-lə müharibədə dəstəklədiyi və silahlandırdığı döyüşçülərin bir müttəfiq və NATO üzvü olan Türkiyəyə qarşı mübarizə etməyə hazırlaşması anlamına da gəlir"-qəzet belə yazır.

Qeyd edək ki, Ağ evin müxtəlif yetkililəri də SDG-çilərin Afrinə gedəcəyi təqdirdə dəstəklərini itirəcəklərini və təkbaşına qalacaqlarını rəsmən bəyan etmişdilər.

SDG-nin əsas bazasını kürd separatçıları formalaşdırır. Baxmayaraq ki, ABŞ təşkilatın 60%-nin ərəblərdən, 40%-ni kürd və türkmənlərdən təşkil olunduğunu bildirir.




Ana səhifəyə qayıt        Baxış: 2 037          Tarix: 7-02-2018, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma