Xəbər lenti

  

“Münaqişənin sülh yolu ilə həllində irəliləyişlər gözləmirəm”.

Ovqat.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “danışıqlarda bəzi irəliləyişlər var” bəyanatına münasibətini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

 “Çünki həmsədr dövlətlərdən birisi-Rusiya konkret olaraq bu istiqamətdə destruktiv mövqeyini nümayiş etdirir. Həmin ölkənin xarici işlər naziri Lavrovun İrəvana səfəri və orada “Dağlıq Qarabağ xalqı danışıqlara qatılmalıdır” kimi ifadələri Bratislava görüşünün özünə də kölgə salır. Hətta görüşün keçirilməsi ehtimalını aşağı salır. Neçə ki, Rusiya bu proseslərdə inhisarçı mövqeyini qoruyub saxlayır, münaqişənin həllində irəliləyişin olması çox çətin görünür”,-deyə politoloq əlavə edib.

 

Hüseynli hesab edir ki, erməniləri ərazilərimizdən çıxmağa vadar edən lokal xarakterli hərbi əməliyyatlar keçirmədən erməniləri danışıqlarda yenmək olmayacaq.

Xatırladaq  ki, bir müddət öncə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan isə bildirmişdi ki, Azərbaycanla Ermənistan hazırda hansısa konkret sənədi müzakirə etmir. O, Dağlıq Qarabağın həlliylə bağlı sülh prosesinin “heç bir fərq olmadan” irəlilədiyini qeyd etmişdi.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 206          Tarix: 15-11-2019, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma