Xəbər lenti

 

Nümayəndələr Palatasında impiçment edilməsindən sonra Donald Trampın ABŞ Senatında mühakimə olunmasının nəticəsi əvvəlcədən gözlənilən idi. Bununla belə, o, prezidentin idarəetmə məsələsində “nəyin bahasına olursa-olsun qələbə” yanaşmasını çılpaqlaşdırıb. Trampın Senatın cəzasından yayınması imici naminə və düşmənlərinə qarşı amansız təsirli strategiyasının olduğunu göstərir. O, Roma imperatorlarını xatırladır.

Bunu görmək üçün Qay Setoni Trankvillin “Sezarların (Qeysərlərin) həyatı”na baxın, bu günə qədər yazılmış ən heyrətamiz salnaməyə.

12 Roma imperatorunun tərcümeyi-halını təqdim edən Setoni, bu adamların dəlisov və düşüncəsiz olmalarına baxmayaraq, öz ehtirasları və məkrləri naminə sərhədsiz hakimiyyətlərindən necə istifadə etdiklərini göstərir.

Setoni, öz növbəsində, əksər imperatorların cinayətlərindən kədərlənir: Neronun törətdiyi böyük yanğın və ya Tiberinin gecə eyş-işrətləri. Amma müəllif bu şəxslərin siyasi instinktlərini də qiymətləndirir.

Amerikanın qeysəri Setoninin vurğuladığı bəzi “liderlik” dərslərindən istifadə etmiş kimi görünür.

Başlanğıc üçün, keçəl olduğunuzu gizlətməyin yolunu tapmalısınız. Ucaboy və əzələli bir insan olan Yuli Sezar həyatı boyu saçlarının bivaxt tökülməsindən başqa heç nədən üzülməyib, xüsusən də rəqiblərinin bununla onu lağa qoymasına görə.

Sezar daha yaxşı həll tapmazdan əvvəl darağa arxalanırdı, sonra Senatdan bütün hallarda başına dəfnə tacı qoymaq hüququ alıb.

Keçəlliyindən pərt olan zalım Kaliqula hər dəfə başıtüklü və yaraşıqlı bir kişi ilə qarşılaşdıqda, dərhal “cinayətkar”ın başının qırxılmasını əmr edib.

İkinci dərs – ictimai çıxışlarınızı diqqətlə planlaşdırmaqdır.

Uşaqlıqdan bəri musiqiyə heyran olan və aktyorluğa meyilli Neron səhnədə çıxış etmək istəyi ilə alışıb-yanıb. Çevik olmağını isbatlamaq üçün o, istənilən peşəkar kimi yorulmadan məşq edib, səsinə zərər verə biləcəyini düşündüyü meyvələri yeməkdən çəkinib. Hətta teatr səhnəsində onu həvəsləndirəcək 5 mindən çox adamdan ibarət heyət yaradıb.

Tiberi, əksinə, ictimai şoulardan başqa heç nədən qorxmayıb. Səhnəyə çıxmaq ona baha başa gəlib, izdiham içində – bu gün qıcıq jurnalistlər kimi – adamlar bəzən ona çətin suallar veriblər. Tramp öz Mar-a-Laqosunda gizləndiyi kimi, Tiberi də Neapol körfəzindəki Kapri adasında gizlənməyi üstün tutub, mümkün qədər oyunlardan qaçıb.

Üçüncüsü, heç vaxt özünüzə heykəl ucaltmaq şansını itirməyin.

Heykəllər bu gün kabel televiziyasındakı görüntülərə və ya reklamlara bənzər bir şəkildə nəzarət edə biləcəyiniz fürsətdir. Hətta Tiberi öz şərəfinə heykəllərin qoyulmasına icazə vermişdi və onlar üçün pul ödəməməli idi.

Bəzi qeysərlər bu məsələ daha da irəli gediblər. Məsələn, Kaliqula yunan tanrılarının ən məşhur heykəllərini Romaya gətirtməyi əmr edib və onların başları yerinə özününkünü qoydurub.

Neron özünə 120 fut hündürlükdə abidə ucaldıb.

Dördüncüsü, uğurlarınızı təbliğ edin.

Həqiqətən yoxdursa, uydurun. Neronun fikrincə, onun ən böyük müvəffəqiyyəti Yunanıstana bir il davam edən səfəri idi və burada bütün festivallarda, o cümlədən Olimpiadada yarışıb.

Təəccüblü deyil ki, həmişə birinci yeri tutub. Romada bir dəfə Avqustun istifadə etdiyi bir arabaya minərək zəfər paradı keçirib. Qazandığı bütün mükafatları nümayiş etdirib və plakatlarla “məğlub etdiyi” hər kəsin adlarını elan edib.

Kaliqula, əksinə, Almaniyaya uğursuz hərbi ekspedisiyanı ört-basdır etmək üçün yerli tələbələrdən ibarət saxta düşmənlərin ona və qoşuna hücum etdiyinə dair tamaşa qurub və uğursuzluğunu kompensasiya edib.

“Zəfər”i qeyd etmək üçün o, ən ucaboy qalların – “əsirlər”in saçlarını sarışınlaşdırıb və onlara almanca bir neçə kəlmə söyləməyi öyrədib ki, Romada layiqincə dönə bilsin.

Son dərs – dostlarınıza nisbətən düşmənlərinizi özünüzə daha yaxın tutun.

Bütün qeysərlər bu Korleone ailə kodu ilə yaşayıblar. Məsələn, Yuli Sezar ev qulluqçularına xəzinə və dövlət gəlirlərini tapşırmışdı. Kaliqula hətta ən sevimli mehtərini konsul edib. Tiberi daha hiyləgər idi. Təhlükəsizlik qüvvələrinin başçısının ona qarşı hiylə qurduğunu başa düşdükdə, onu konsulluğa irəli sürüb və imperator ailəsi ilə qohum olma ümidi verib.

Tramp çox sayda respublikaçı ilə oxşar bir şey edib.

Əvvəl-axır bu imperatorların günahları onlara qarşısına çıxıb. Yuli Sezar Senatda qəzəbli həmkarları tərəfindən bıçaqlanıb. Kaliqula dəfələrlə təhqir etdiyi bir məmur tərəfindən qətlə yetirilib. Neron bütün dəstəyini itirdikdən sonra katibəsinin köməyi ilə həyatını xilas edib. Yalnız Tiberi əcəli ilə ölüb.

Tramp impiçmentdən xilas olub. Noyabr seçkiləri ilə də bunu edə biləcəkmi?

Gələcəyə baxdıqda, artıq yeni qeysərlər görünür. Bu, bütün amerikalıların indi özünə verməli olduğu suallardır.

 Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 262          Tarix: 7-02-2020, 16:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma