Xəbər lenti

 

ABŞ Prezidenti Donald Tramp 2020-ci ilin prezident seçkilərində Co Baydenə qalib gəlmək üçün Ukraynadan dəstək almağa ehtiyac duymadığını söyləyib.

Tramp Ukraynadan demokrat rəqibi, keçmiş vitse-prezident Co Bayden və onun oğlu Hanter barədə məlumat toplamasını istəməkdə ittiham olunur.

O, Luiziana ştatında qatıldığı mitinqdə çıxış edərkən impiçment haqda belə deyib: “Sadəcə bir problemim var. Bu ittihamlardan ailə üzvlərim çox sarsıldı. İmpiçment çirkin bir sözdür. Ailəm üçün böyük haqsızlıqdır. Mənim həyatım həmişə belə qarışıq olub. Bunun əyləncəli olduğunu düşünürsünüz? Elə deyilmi? Ancaq ailəm üçün həmişə çətin olub. Çox, çox çətin."

Demokratlar partiyasının çoxluq təşkil etdiyi Nümayəndələr Palatasının Trampın impiçmenti ilə bağlı səsmerməni gələn aya qədər keçirəcəyi ehtimal edilmir.

Respublikaçıların çoxluq təşkil etdiyi Senatın Trampın lehinə səs verəcəyi gözlənilir. \\APA




Ana səhifəyə qayıt        Baxış: 431          Tarix: 15-11-2019, 22:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma