GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 10-da jurnalistlərə açıqlamasında son bir sutkada ölkədə koronavirusa yoluxanların və xəstəlikdən ölənlərin bu günə olan statistikasını yayıb.
Cahanpur deyib ki, son bir gün ərzində ölkədə virusa yoluxanlardan daha 54-ü həyatını itirib, daha 881 nəfərin isə yenicə virusa yoluxması aşkarlanıb: “Bununla da, yen statistikaya əsasən, bu günə qədər ölkədə koronavirusa yoluxanların sayı 8042 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 291 nəfərə yüksəlib.
Virusa yoluxanların əyalətlərə görə sayına gəldikdə isə, bu günə qədər 2114 nəfər Tehranda, 751 nəfər Qumda, 524 nəfər Gilanda, 618 nəfər İsfahanda, 339 nəfər Əlbürzdə, 886 nəfər Mazandaranda, 416 nəfər Mərkəzi əyalətdə, 257 nəfər Qəzvində, 221 nəfər Simnanda, 179 nəfər Gülüstanda, 222 nəfər Rəzəvi Xorasanda, 151 nəfər Fars əyalətində, 176 nəfər Loristanda, 146 nəfər Şərqi Azərbaycanda, 110 nəfər Xuzistanda, 127 nəfər Yəzddə, 79 nəfər Zəncanda, 78 nəfər Kürdüstanda, 91 nəfər Ərdəbildə, 51 nəfər Kirmanşahda, 40 nəfər Kirmanda, 77 nəfər Həmədanda, 40 nəfər Sistan-Bəlucistanda, 69 nəfər Hormozqanda, 51 nəfər Cənubi Xorasanda, 34 nəfər Şimali Xorasanda, 37 nəfər Çaharmahal Bəxtiyaridə, 56 nəfər İlamda, 73 nəfər Qərbi Azərbaycanda, 11 nəfər Kohkiluye və Boyer Əhməddə, 18 nəfər isə Buşehr əyalətində koronavirusa yoluxub” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirus qurbanlarının yeni statistikasını açıqlayarkən bəyan edib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin sayının 291-nəfərə, yoluxanların sayının isə 8042 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.
Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.
Paylaş: