Xəbər lenti


Kaliforniya ştatında yerləşən Los-Anceles əhalinin sayına görə Nyu-Yorkdan sonra ABŞ-ın ən böyük şəhəridir. Əhalisi 13.5 milyon nəfərdir. 1990-cı ildən etibarən bu şəhər Ermənistandan kənarda yaşayan ermənilərin sayına görə dünyada birinci yerdə gedir.
Anny P. Bakalian erməni əsilli amerikalı yazardır. O, "Erməni olmaqdan özünü erməni hiss etməyə doğru" kitabında yazır: "Los-Anceles ermənilər və özünü erməni hiss edənlər üçün Məkkəyə çevrilib". Əsəsən ermənilər Los-Ancelesə 1965-1993-cü illər arasında axışıblar. Bu şəhərə ermənilərin ilk köçü isə uzaq 1900-cü ildə qeydə alınıb.

1923-cü ildə Los-Ancelesdə 2500-3000 erməni yaşayırdı. Bu gün isə rəsmi statistikaya görə, onların sayı 300 min nəfərə çatır. Qeyri-rəsmi mənbələr isə bu şəhərdə yarım milyondan çox erməni olduğunu iddia edir.
2000-ci ilin 6 oktyabrında Los-Anceles Şəhər Şurası Cənubi Hollivuda “Balaca Ermənistan” adı verib. Qeyd edim ki, Hollivud Los-Ancelesin mərkəzi hissəsidir.
İspan dilində "Los-Anceles" sözünün tərcüməsi "mələklər şəhəri" anlamını verir. Los-Anceles şəhərinin gerçək adı "el pueblo de nuestra senora la reina de los angeles de porciuncula"dır. Bu, ən uzun şəhər adı sayılır.

Təkcə Los-Ancelesdə ermənilərin 22 kilsəsi var. Kaliforniyanın keçmiş qubernatoru Corc Dukmejyan daha öncə erməni yepiskopi olmuşdu. Los-Ancelesdə 12 gündəlik erməni məktəbi var. Onlardan 5-i yüksək səviyyəli sayılır.
2015-ci ildə 130 min erməni Los-Ancelesdə yerləşən Türkiyə konsulluğuna doğru yürüş edib və rəsmi Ankaranı erməni soyqırımını tanımağa səsləyib.

2016-cı ildə Los-Ancelesdə “Grand Park” deyilən yerdə erməni soyqırımına abidə ucaldılıb. Hər il aprelin 24-də ermənilər o abidənin ətrafına toplaşırlar.
2007-ci ilin 23 fevralında isə Los-Anceles rəsmən İrəvanla bacılıq olub. (Nəsə görəsə o tərəflərdə "qardaşlaşmaq№ ifadəsi dəbdə deyil)
Erməni mafiyasının ən güclü hissəsi olan “Armenian Power” bandit qruplaşması da Los-Ancelesdə fəaliyyət göstərir.
Bütün bunları ona görə yazdım ki, Los-Ancelesdə baş vermiş erməni hücumunun arxasında dayanan səbəb daha aydın görünsün...
MUSAVAT.COM



Ana səhifəyə qayıt        Baxış: 2 916          Tarix: 22-07-2020, 19:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma