Xəbər lenti


Hazırda Türkiyədə yaşayıb-işləyən tanınmış Qarabağ qazisi,  keçmiş Laçın alayının komandiri, milli azadlıq hərəkatının fəallarından olan Arif Paşa bu günlərdə Vətənə dönüb.

Türkiyə və Azərbaycan ordularının birgə təlimlərindən qürur hissi keçirdiyini söyləyən istefada olan polkovnik  Moderator.az əməkdaşı ilə qısa telefon söhbətində Türk ordusunun bu dəfəki gəlişinin və birgə genişmiqyaslı təlimlərin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. 

“Qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdiriməsi məsələsi təcili öz həllini tapmalıdır. Çünki regiondakı hazırkı hərbi-siyasi durumda bu, Azərbaycanla yanaşı, rəsmi Ankaranın öz maraqlarına da uyğundur. Və təbii ki, yalnız vaxtaşırı birgə hərbi təlimlərlə kifayətlənmək olmaz. Qarabağın - işğal altındakı torpaqlarımızın azad edilməsi üçün təcili  və konkret hərbi-siyasi addımlar atılmalıdır. Bu baxımdan Türkiyə ordusunun bu dəfə də Azərbaycandan “əliboş” qayıtması hər iki ölkənin maraqlarına zidd olar... Bu, çox aspektli bir məsələdir, gərək bu barədə geniş söhbət edək...”

Arif Paşa ilə deyilən mövzuda, eləcə də Türkiyədə xalqın Qaraba məsələsinə gerçək münasibəti haqda  geniş müsahibəni yaxın müddətdə saytımızda oxuya bilərsiniz.musavat.com



Ana səhifəyə qayıt        Baxış: 3 081          Tarix: 7-08-2020, 23:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma