Xəbər lenti

 
“Xudat məscidinin 20 ilə yaxındır ki, təmirə dayanması və bu müddət ərzində hər hansı bir təmir-bərpa işlərinin aparılmaması narahatlıq doğurur”
 
Ovqat.com xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında AMİP Xudat təşkilatının sədri Çingiz Şahbazi deyib. O bildirib ki, Xudat şəhərinin mərkəzində, Heydər Əliyev prospektində yerləşən məscid artıq 20 ilə yaxındır ki, təmir adı ilə bağlanılıb: “Lakin bu illər ərzində hər-hansı bir təmir-bərpa işləri həyata keçirilməyib. Rayon ictimaiyyəti tərəfindən dəfələrlə məsələ qaldırılsa da bu günə qədər də öz həllini tapmayıb”. 
 
AMİP-in yerli təşkilatı olaraq bu məsələnin gündəmə gətirilməsi üçün bizə də müvafiq müraciətlər olduğunu nəzərə alaraq bu günlərdə aidiyyatı qurumlara müraiətlər ünvanladıq. Müraciətimiz həm Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayevə, həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sədri Mübariz Qurbanlıya, həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə ünvanlanıb. 


 
Məlumat üçün bildirirəm ki, haqqında danışdığımız məscid bərbad vəziyyətdədir və əsaslı təmir olunmasına ehtiyac var. Fürsətdən istifadə edərək müvafiq qurumlarla yanaşı imkanlı şəxslərə və xeyriyyəçilərə də müraciət edərək onları Xudat məscidinin təmirinə köməklik göstərməyə çağırıram”.
 


Ana səhifəyə qayıt        Baxış: 4 673          Tarix: 2-09-2020, 13:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma