Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Etnik ermənilərin Livandan Ermənistan ərazisinə deyil, Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq hüquqa ziddir”.
Bunu “Report”un Rusiya bürosuna müsahibəsində rusiyalı politoloq, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.
“Bəli, münaqişə, qarşıdurma var, amma bu addım qırmızı xəttin keçilməsidir. Niyə? Çünki bu, Ermənistanın torpaqları Azərbaycana qaytarmaq fikrində olmadığını göstərir”, - o bildirib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə gözlənilən səfəri barədə danışan A.Perenciyev danışıqlardan böyük gözləntilərinin olmadığını vurğulayıb: “Rusiyanın mövqeyi böyük ölçüdə Azərbaycan və Ermənistan arasında danışıqların, dialoqun aparılmalı olmasından ibarətdir. Burada axsayan yeganə şey Ermənistan tərəfinin güzəştə getməsi üçün mexanizmlərin hazırlanmamasıdır. Onlar güzəştsiz mövqe tutub və heç kim bunu dəyişməyə çalışmır. Bax əsas problem də bundadır”.
“Görüşlər var, danışıqlar var, diplomatiya işləyir, amma münaqişənin həlli üçün diplomatik mexanizmlər işləmir. Çünki erməni tərəfi sonsuz danışıqlar apara bilər, əsas odur ki, məsələ ərazilərə aid olmasın. Onlar hər şeydən danışa bilərlər - atəş xəttindəki gərginliyə son qoyulmalıdır, əsir düşənlərin mübadiləsi aparılmalıdır, nə olur olsun, təkcə ərazi məsələsi olmasın”, - ekspert söyləyib.
A.Perenciyevin sözlərinə görə, rəsmi Yerevan tərəfdən real kompromisli addımlara ehtiyac var: “Mən bu addımları yalnız Madrid prinsipləri çərçivəsində görürəm. Onlar münaqişənin həllinin yolunu göstərirlər. Rəsmi Yerevanın imzaladığı bu prinsiplər nəinki həyata keçirilmir, hətta onları sıradan çıxarmağa və ya qeyri-işlək adlandırmağa çalışırlar. Hərçənd ki, onlar artıq beynəlxalq hüququn bir parçasıdır və Ermənistanın Madrid prinsiplərinə məhəl qoyulmaması beynəlxalq hüququn prinsiplərinə məhəl qoymamaqdır”, - A.Perenciyev fikrini tamamlayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar