Xəbər lenti
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
O, faşist Almaniyasının ən nüfuzlu simalarından biri sayılıb. Doğum haqqında ilk sənədlərində milliyyəti və doğma dili “rus” yazılsa da, Alfred Rozenberq əks qütbün, nasist Almaniyasının ideologiyasını müəyyənləşdirib, ölkənin baş ideoloqu olub, Adolf Hitlerin yürütdüyü siyasi planlarının bir çoxuna müəlliflik edib.
Alfred Rozenberq 1893-cü ildə Rusiya imperiyasının tərkibində olan Revel şəhərində (indiki Tallin), ruslaşmış alman əsilli ailədə anadan anadan olub. O, evdar qadın olan anasını iki aylığında, çəkməçi işləyən atasını isə 11 yaşında itirib. Qohumların himayəsində böyüyən Alfred Rozenberqin uşaqlıq və yeniyetməlik illəri ağır keçib.
Revel Petrovski orta məktəbini bitirdikdən sonra Alfred Rozenberq Riqa Politexnik İnstitutuna qəbul olunub. I dünya müharibəsi başlananda Moskvaya köçüb və Riqada yarımçıq qalmış təhsilini Moskva Ali Texniki Məktəbində davam etdirərək mühəndis-arxitektor ixtisasına yiyələnib.
1918-ci ildə Revelə qayıtdıqdan sonra Rozenberq gimnaziyada müəllim kimi ilk əmək fəaliyyətinə başlayıb. Müəllimliklə yanaşı o, həm də siyasi proseslərə və mətbuata böyük maraq göstərib.
Rusiyada 1917-ci ilin oktybar inqilabı Rozenberqin siyasi düşüncələrinə mənfi təsir göstərib və siyasi baxışlarını köklü şəkildə dəyişib. Bütövlükdə bu siyasi prosesi qəbul edə bilməyib və Avropa mətbuatında Rusiyada cərəyan edən prosesləri tənqid edib. Məhz elə bu ərəfələrdə o, Reveldə fəaliyyət göstərən alman cəmiyyətlərinə üzv olmaq istəyib. Amma pasportundakı “rus” damğasına görə onu qəbul etməyiblər.
Reveldəki mövcud ictimai-siyasi atmosferdən uzaqlaşmaq üçün Alfred Rozenberq 1918-ci ilfdə Münxenə köçüb, araşdırma xarakterli yazıçılıq fəaliyyətinə başlayıb. 1920-ci ildə onu Almaniyanın qədim tarixini araşdıran “Tule” cəmiyyətinə üzv qəbul ediblər. Elə həmin illərdə də o, Adolf Hitlerlə tanış olub.
Çox keçməmiş, 1921-ci ildə Rozenberq nasist partiyasının üzvü olub, partiyanın orqanı olan “Volkiscer Beobachter” qəzetinə baş redaktor təyin edilib. Hitlerin siyasi fəaliyyətində yaxından iştirak edib.
Partiya xətti ilə vəzifə pillələrini sürətlə qalxan Alfred Rozenberqə Hitler xüsusi səlahiyyətlər verib. O, baş ideoloq kimi ölkənin xarici işlər naziri və təbliğat naziri ilə yanaşı ölkənin siyasi kursunu müəyyənləşdirməkdə əsas söz sahiblərindən biri olub.
Hitlerin komandasında Alfred Rozenberq savadı, məntiqi, iş məhsuldarlığı ilə fərqlənib. Müşavirələrdə hansısa bir mövzu ətrafında o, öz çıxışlarında fikirlərini elə əsaslandırıb ki, çıxışdan sonra heç kim onun fikirlərinə qarşı əks-arqument söyləyə bilməyib. Hitler öz görüşlərindən, kütlələr qarşısında çıxışlarından əvvəl mütləq şəkildə Rozenberqlə məsləhətləşib, bu sahədə onunla hesablaşıb.
1941-ci ildə Hitlerin təşəbbüsü ilə İşğal Olunmuş Şərq Torpaqları Nazirliyi təsis olunanda fürer bu vəzifəyə Rozenberqi təyin edib. Həmin ilin may ayında, Almaniyanın SSRİ-yə hücumuna bir ay qalmış Hitlerlə Rozenberqin məxfi görüşü keçirilib. Həmin görüşdə Hitler Rozenberqə SSRİ-nin işğal olunacaq torpaqlarına da onun nəzarət edəciyini söyləyib. Sonralar Rozenberqin tapılan 425 səhifəlik gündəliyində o, fürerin bu fikirləri haqqında aşağıdakı qeydləri yazıb:
“Hitler öz qələbəsinə tam əmin idi. Hələ SSRİ-yə hücum etməmiş onun işğal olunmuş ərazilərində hansı tədbirləri görəcəyini də planlaşdırmışdı. Bütün bu məsələlərə mənim rəhbərlik edəcəyim haqqında fürer qərar vermişdi. Bununla yanaşı, Hitlerin əmri ilə mən xüsusi səlahiyyətlərə malik idim ki, heç bir nazirdə bu səlahiyyətlər yox idi. Sutkalar ərzində ölkələrin Vermaxt tərəfindən işğal edilməsi Hitlerdə coşqu yaradırdı. Fransanın işğalından sonra mən bu ölkədəki nadir sənət əsərlərini Almaniyaya gətirəndə Hitler heyrətini gizlədə bilməmişdi və bunu mənim böyük xidmətim kimi dəyərləndirmişdi. Mən gənbəgün fürerin ən etibarlı, ən sədaqətli silahdaşına çevrilirdim....”
Fürerin bütün coşqularına baxmayaraq, o, SSRİ ilə bağlı planlarını gerçəkləşdirə bilməyib, xəyalları reallaşmayıb.
1945-ci ilin aprelin sonunda Almaniya rəhbərliyi və Vermaxtın hərbi vəzifəliləri aradan çıxmağa cəhd edəndə Rozenberq də əvvəlcə Almaniyanın şimalına, oradan isə başqa bir ölkəyə keçməyi qərarlaşdırıb. Onun qaçmaq cəhdi baş tutmayıb və 1945-ci ilin mayın 19-da ABŞ və Britaniya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Alfred Rozenberq 3-cü Reyxin əsas hərbi cinayətkarlarından biri kimi Nürnberq məhkəməsinə çıxarılıb. 16 oktyabr 1946-cı ildə məhkəmə onun haqqında hökm çıxarıb: asılmaqla ölüm cəzası. Hökm həmin gün icra olunub. Hökmün icrasından sonra dünyanın aparıcı kütləvi informasiya vasitələrində Rozenberqin qoyulduğu tabutun şəkli tirajlanıb. Edamdan sonra onun nəşi Münxenə aparılıb, krematoriyada yandırılıb, külü isə Münxendən keçən İzar çayına səpələnib.
Alfred Rozenberq ittiham olunaraq ölüm cəzasına məhkum edilən yeganə şəxs olub ki, son söz demək hüququndan istifadə etməyib.
Elmlər doktoru, mühəndis-arxitektor, filosof, siyasətçi, yazıçı və ən nəhayət, faşist Almaniyasının ən qatı hərbi cinayətkarı Alfred Rozenberq edam olunanda 53 yaşı olub.
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar