Xəbər lenti

 
““Kitab Evi” İctimai Birliyi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji dəstək üzrə elmi-praktik vəsaitin hazırlanması” adlı layihəsinin fəaliyyətini davam etdirir”.
 
Ovqat.com-a bu məlumat İctimai Birliyin sədri Adilə Nəzər tərəfindən verilib.
 
Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatları­na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə fəaliyyət planı üzrə davam edir. Hazırda “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqi­şə­sin­də itkin düşənlərin ailə üzvlərinə psixoloji xidmət” (Elmi metodik vəsait) nəşr olunmuşdur və vəsaitin əsasını təşkil edən hissələr studiyada təsviri-sxematik və səsli yazılmaqla slayd şəklində hazırlanmaqdadır. 
 
Layihə əsasən Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə göstərilən psixoloji dəstəyin effektini artırmaq, həmin şəxslərin düşdükləri Posttravmatik Stress Pozuntusunun (PTSP) qalıqlarının aradan qaldırılmasında psixoloqlara dəstək vermək, bununla da pasiyentlərin özlərinin və ətrafındakıların narahatçılığına son vermək məqsədi daşıyır. 
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji xidmət göstərən psixoloqların, klinik-psixoloqların istifadəsi üçün nəzərdə tutulan bu əyani vəsaitdə işin sistemi, prinsipləri və üsulları göstərilmişdir. Son günlərdə Dağlıq Qarabağdakı vəziyyət bunu deməyə əsas verir ki, bu problem hələ də aktualdır və uzun müddət davam edə bilər. Belə bir vaxtda psixoloji işin düzgün qurulması vacibdir. Peşəkar psixoloq psixoloji yardım işində nəzərdə tutulmuş metodikaları məharətlə tətbiq etməklə, pasiyentin psixikasında dəyişikliklər edir, süuraltıda formalaşmış neqativ psixologiyanı təmizləyir, sonda onun duyğu və düşüncələrini pozitiv psixologiya ilə yeniləyir. 
       
 


Ana səhifəyə qayıt        Baxış: 2 581          Tarix: 28-10-2020, 08:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma