Xəbər lenti

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə 1483 nəfər erməni əsir və girovluğundan azad edilib.

Bunu Bakıda “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusunda keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov bildirib ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan 3 azərbaycanlı qarşı tərəfdə girovluqda saxlanılır: “Eyni zamanda Azərbaycan tərəfdə də erməni mənşəlli şəxs saxlanılır. Əlbəttə ki, ölkəmiz hazırda işğal altında olan Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir”.

Komissiya rəsmisi qeyd edib ki, MDB dövlət başçılarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi zirvə toplantısında iştirak edən Prezident İlham Əliyev Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşü zamanı Ermənistan və Azərbaycanda saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsini müzakirə edib: “Ən vacib məsələ imzalananan çərçivə sazişinə əsasən itkin düşən şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və saxlanılmasıdır. Nümunələrin saxlanılması üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında xüsusi yer ayrılıb. İndiyədək 1 943 itkinlə bağlı 5 889 nümunə toplanıb”. (Trend)

 




Ana səhifəyə qayıt        Baxış: 716          Tarix: 10-12-2018, 15:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma