Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Dağlıq Qarabağ özü və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Ermənistanın nəzarəti altına keçib. Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır.
AZƏRTAC xəbər verir ki, RF Prezidenti Vladimir Putin bu sözləri “VTB Kapitala” “Rossiya zovyot!” İnvestisiya Forumunun iclasında söyləyib.
Rusiya Prezidenti deyib: “Azərbaycan nə deyir? O deyir ki, həmin yeddi rayonun istər etnik münaqişəyə, istərsə də Ermənistana heç bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir və Azərbaycan deyir: bizim bu əraziləri özümüzə qaytarmaq və Dağlıq Qarabağla münasibətləri aydınlaşdırmaq hüququmuz var. Başa düşürsünüzmü, hər kəs özünü haqlı hesab edir və burada sadə həll yoxdur, çünki düyün çox möhkəm bağlanıb. Biz lap əvvəldən nə demək lazım olduğunu əsas götürmüşük, - bizim mövqeyimiz isə tamamilə açıqdır, -Azərbaycana beş üstə gəl iki rayonun verilməsinin mümkünlüyü və Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı münasibətlər və sair barədə danışmaq lazımdır”.
Prezident V.Putin Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanması barədə sualın cavabında deyib: “Hər iki tərəfi – həm bizim həmişə hörmətlə yanaşdığımız Azərbaycan xalqını, həm də erməni xalqını və Ermənistan dövlətini qane edən, onların maraqları nəzərə alınan mənafelər balansını tapmaq lazımdır ki, insanlar özlərini təhlükəsiz hiss etsinlər, lakin eyni zamanda həm Azərbaycanın, həm də Ermənistanın, elə insanların kifayət qədər sadə yaşadığı Dağlıq Qarabağın özünün də səmərəli inkişafının əsasını təşkil edən bütün infrastruktur imkanları bərpa olunsun və inkişaf etdirilsin. Bu halda bizim bugünkü diskussiyasının iştirakçılarının çoxu həmin ərazilərin inkişafında iştirak etmək, orada sərmayə qoymaq imkanı əldə edərdi – hər iki ölkənin insanları çox istedadlı, çox qabiliyyətlidir. Artıq 30 ilə yaxın davam edən bu münaqişə hər iki tərəfin səmərəli inkişafına imkan vermir”.
Rusiya lideri vurğulayıb ki, birinci mərhələdə döyüş əməliyyatlarını dayandırmaq lazımdır. V.Putin sonda deyib: “İnsanların həlak olmasına son qoymaq, danışıqlar masası arxasına keçmək və Minsk qrupu tərəfindən, onun həmsədrləri – Rusiya, ABŞ, Fransa tərəfindən ifadə edilmiş təkliflər əsasında həmin Minsk qrupunun digər üzvlərinin, - orada çox ölkə var, Türkiyə, bəzi Avropa dövlətləri, - iştirakı ilə konsensus və mənafelər balansını tapmaq lazımdır. Bunu etmək olar”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar