Xəbər lenti


“Münaqişə əsnasında hər iki tərəfdən dinc əhalinin ölməsi bizi çox narahat edir”.

Bunu Ermənistan tərəfindən Bərdə və başqa dinc şəhərlərə qarşı raket hücumları ilə bağlı “Report”un sualına cavab verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Sabah Cenevrədə Azərbaycan və Ermənistan nümayəndələri ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcəklər.

Bu görüşün gündəmində beynəlxalq humanitar hüquqa aid, o cümlədən oktyabr ayının 10-da Moskva şəhərində əldə edilən atəşkəs, əsirlərin və cəsədlərin qarşılıqlı təhvil verilməsinə dair razılaşmaların yerinə yetirilməsi də olacaq”, - deyə Kreml rəsmisi qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 1 958          Tarix: 29-10-2020, 20:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma