Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
YENƏ...RUS
Mən səni tanıyıram
Gözlərində üçyüz illik zillət.
Cəlladını xilaskarı kimi
Görən millət.
“Türkmənçay”dan bu yana
Qollarını arxada tutub
Erməniyə döydürən rus.
Döyülsən də,
Söyülsən də,
Amma nədəndi?
Ürəyində cəlladına
Sevgin sonsuz.
Rusca yeyib, rusca yatmaq.
Özünü rusa oxşatmaq.
Rusca düşünmək,
Evində rusca danışmaq.
Orta çağa qədər
İmzalar içində imzası,
Adamlar içində namı yox.
Nizamiyə, Fizuliyə bənzər
Adamı yox.
Kutuzovu bizdən,
Puşkini ərəbdən gəlib.
Hər şeyi aldatmaca,
Sanırsan təbdən gəlib.
Sən nədən sevirsən
Rus zopasını,
Rusdan gələn zavalı?
Ey,rus qafalı!
Barmağını dodağına sıxıb
Pıçıtı ilə deyirsən:Sus.
Odu,ey,bax,
Yenə Qarabağda rus.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar