Barmaqda gücə,
Qüdrətə bax.
Ondakı iddiaya,
Cəsarətə bax.
Bu barmaq Suriyaya
“Şalaxo” oynadır.
Ermənistanı boş qazan kimi
Hər gün qaynadır.
Osetiyanı Gürcüstandan,
Krımı Ukraynadan alır.
Dünyanın zövq-səfasını,
Rusca desək,
“Voyna” dan alır.
Bu barmaq ruslara
Öldürməyi öyrədir.
Öldürüb,
Ölümə güldürməyi öyrədir.
Yəhərində “Qarabağ” yükü,
Dünya üzü dağa qalxır.
Putinin barmağı quyruğu altda,
Hərdən soncuğa qalxır.
İstəyəndə Ermənilərə yağlı,
Azərbaycana yavan verir.
Bu barmaq hər gün
Neçəsinin ölümünə fərman verir.
Eheyy!...
Bu barmağı əyəcək, sındıracaq
Bir kimsə yoxmu?
Məgər yer üzündə
Haqqa ibadət ediləcək
Bir məscid, kilsə yoxmu?
Bəlkə göylərə çatmır
Yerdəki məzlumun ahı?
Yəqin Allahı da bezdirib
Bir əlin günahı,
Bir Başın tamahı?
Dünyanın ölümü,
Ölümün qanlı bayrağı.
Hər gün insan qanıyla
Bu bayrağa təzə rəng vurur,
Putinin bağmağı.
10.05.2016
Paylaş: