Xəbər lenti


“Möhsün Fəxrizadənin qətlində İsrail pilotsuz təyyarələrinin rolu ilə bağlı iddia yalandır”.

Strateq.az “Təsnim” agentliyinə istinadla xəbər verir ki, bunu məlumatlı bir mənbə bildirib.

Agentliyə açıqlamasında qaynaq Küveytin “əl-Cəridə” qəzetinin iddiasını rədd edib.

Küveyt nəşrinin Tehran müxbiri Fərzad Qasiminin nüvə alimi Möhsün Fəxrizadənin qətli ilə bağlı məqaləsində “İranın Ali Milli Təhlükəsizlik Şurasındakı yüksək rütbəli bir mənbə”yə istinadla, cinayətin rəsmi versiyasına zidd fərziyyə yer alıb.

“Əl-Cəridə”də qeyd olunub: “Mənbə bildirib ki, əməliyyat Azərbaycanla Ermənistan arasındakı döyüşlər zamanı Azərbaycandakı bazalarından havaya qalxaraq İrana Xəzər dənizi tərəfdən daxil olan iki pilotsuz təyyarədən (PUA) istifadə edilməklə, həyta keçirilib”.
Xatırladaq ki, Azərbaycanın ünvanına bu sayaq mülahizələr ilk dəfə səslənmir.

“Təsnim” İnformasiya Agentliyi İranın etibarlı rəsmi mənbələrinə, xüsusən, İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) yaxınlığı ilə tanınır. Agentliyin Küveyt nəşrinin əsassız iddiasına qaçaraq təpki verməsi rəsmi Tehranın İran-Azərbaycan münasibətlərinə nə qədər əhəmiyyət verdiyini və bu əlaqələri zədələməmək istəyindən irəli gəldiyi qənaəti doğurur.



Ana səhifəyə qayıt        Baxış: 1 862          Tarix: 1-12-2020, 20:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma