Xəbər lenti

 
İranın nüvə alimi Möhsün Fəxrizadə kosmosdan idarə olunan silahların köməyi ilə qətlə yetirilib. 
 
Ovqat.com xəbər verir ki, bu barədə İranda ərəbcə yayımlanan “Əl-Aləm” telekanalı məlumat yayıb.
 
Bildirildiyinə görə, Fəhrizadənin qətlində istifadə edilən İsrail silahlarına peyk vasitəsilə nəzarət edilib.
 
Fars agentliyinin məlumatına görə, Möhsün Fəxrizadə uzaqdan idarə olunan, Nissan avtomobilində quraşdırılmış silahdan 150 metr məsafədə güllələnib. Fəxrizadədən və onun mühafizəçilərindən başqa hadisə yerində heç kim olmayıb.
 
İran hakimiyyəti təsdiqləyir ki, hadisə yerində icraçı olmayıb. 


Ana səhifəyə qayıt        Baxış: 4 663          Tarix: 1-12-2020, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma