Xəbər lenti

 

Körpə Zəharnın və onun nənəsinin qətlinin dünya gündəmində geniş əks səda yaratmasının ardından ATƏT-in Minsk qrupunun həmsədrləri ikinci dəfə bəyanat yayıb.

Ovqat.com xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, ilk bəyanatında tərəfləri atəşkəsi pozmamağa, danışıqlar masası ətrafına qayıtmağa çağıran həmsədrlər bu dəfə faktın özünə qiymət veriblər.

Narahatlığını növbəti dəfə dilə gətirən Minsk qrupunun həmsədrləri bildiriblər ki, Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün olan ən tez bir zamanda bərpası zərurətini vurğulayır. Bu, regionun bütün xalqları üçün sülh, çiçəklənmə və həqiqi barışıq gətirmək üçün yeganə yoldur.

Bu bəyanat rəsmi Bakını qismən qane edir. Azərbaycanın mövqeyini dilə gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisələr təxribat kimi qiymətləndirilib.

Məsələyə digər nüfuzlu beynəlxalq təşkilatlardan da reyaksiyalar gəlib. Birləşmiş Millətlər Təşkilatı bununla bağlı rəsmi açıqlama yayıb. BMT baş katibinin mətbuat katibi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib ki, ali qurum təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsindən, o cümlədən təmas xəttində və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından ciddi narahatdır. BMT həmsədrlərin Füzuli rayonunun Alxanlı kəndində dinc insanlar daxil olmaqla, itkilərə səbəb olan zorakılıq halı ilə bağlı bəyanatını dəstəkləyir.

Minsk qrupununu son bəynatını dəstəkləyən daha bir açıqlama isə Avropa İttifaqından gəlib. Qurumdan verilən açıqlamada eyni zamanda həlak olanların ailələrinə başsağlığı verilib.

Fransanın ATƏT-dəki nümayəndə heyəti də bu hadisəni təxribat kimi qiymətləndirən son bəyanatı dəstəklədiyini bildirib və bununla bağlı bəyanat yayıb.

Bundan əlavə, məsələ Avropa Şurasının da gündəminə gəlib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri birgə bəyanat yayıblar. AŞPA-nın rəsmi saytına yerləşdirilən bəyanatda həmməruzəçilər münaqişənin hərbi yolla həllinin olmadığını qeyd ediblər. Onlar münaqişənin bütün qurbanlarının ailələrinə başsağlığı veriblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterilı təqdim edirik:





Ana səhifəyə qayıt        Baxış: 544          Tarix: 7-07-2017, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma