
Polşa Ukraynaya təhvil verməyi planlaşdırdığı MiQ-29 qırıcılarına aid bütün raketləri və ehtiyat hissələrini yeni ünvanına göndərib.
Ovqat.com-un məlumatına görə, Polşanın “Onet” xəbər agentliyi bu barədə bildirib.
Qeyd olunur ki, Polşa əlindəki MİQ-29-a aid ehtiyat hissələrinin və sursatlarının yalnız 10%-ni özündə saxlayıb. Həmin ehtiyat hissələri və sursat dəstlərinin təhvil verilməsi isə mümkün deyil, çünki Polşa Hava Qüvvələrində də 28 ədəd MiQ-29 qırıcısı var və sözügedən hərbi ləvazimatlar Polşanın öz ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.
Hansı raketlərin və konkret hansı sayda Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verildiyi isə açıqlanmır.
Təxminlərə görə, Ukrayna Hərbi Hava Qüvvələrinin ən azı 12 ədəd MiQ-29 qırıcısı var.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər