Xəbər lenti

Polşa Ukraynaya əlavə həcmdə silah-sursat tədarük etməyə hazırdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mateuş Moravetski jurnalistlərə bildirib.

“Ukrayna ərazilərinin müdafiəsi üçün əlavə həcmdə silah verməyə hazırıq”, - Moravetski deyib.

Polşanın Baş naziri xatırladıb ki, ölkəsi həmişə Ukraynaya hərbi-texniki yardımın tərəfdarı olub.

"Bir neçə gün əvvəl Brüsseldə yardım mümkün qədər təsirli olması barədə müzakirələrdə iştirak etdim. Hamı Avropanın üzərindən asılan təhlükəni başa düşür ki, bu da təkcə Ukrayna üçün deyil, bütün qitə üçün pisdir”, - Moravetski qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 3 088          Tarix: 20-02-2022, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma