Xəbər lenti

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan "Report"a verilən məlumata görə, sentyabrın 22-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən, Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 2 əkin sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 1 147 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 905 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 1 216 420 kv.m (121.64 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 27 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 32 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 9 211 ədəd partlamamış hərbi sursat (PHS), 3 945 ədəd partlamış-yanmış sursat qalıqları və 14 010 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 39 031 588 kv.m (3 903.16 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 725          Tarix: 23-09-2017, 12:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma