Xəbər lenti

 Şəmkirin Kür qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəsəbə ilə hərəkət edən "VAZ-21021" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər ağır yaralanıb. Yaralııar - Mirzəyev Fərman Kənan oğlu, Qasımov Orxan İntiqam oğlu, Yusibov Telman və Quluyev Rauf xəstəxanaya yerləşdirilib.

Məlumata görə, avtomobilin sürücü və sərnişinləri polis və polisə ictimai dəstək verən şəxslər olublar.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 516          Tarix: 24-10-2017, 07:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma