Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
ANAMA-dan "Report"a verilən məlumata görə, 208 ədəd partlamamış hərbi sursat (PHS), 136 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 375 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 751 800 kv.m (75.18 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 60 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 43 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron Kanalı İstismar İdarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə baxış keçirilib, 14200 ədəd partlamamış hərbi sursat (PHS), 6 210 ədəd partlamış-yanmış sursat qalıqları və 59 094 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 59 185 058 kv.m (5 919 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Paylaş: