Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Mineralnıye Vodı-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda dəyənəyə oxşar predmetlərin təsviri görünüb. Bu səbəbdən həmin baqaja təkrar yoxlama keçirilib.
Təkrar yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında, qablaşdırılmış şəkildə 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış teleskopik dəyənək tipində predmetlər aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən iki ədəd predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.
Paylaş: