“İnsanlar bəzən özəl telekanallardakı bayağı verilişlərdən çox narahat olurlar. Biz də bunu görüb hiss edirik. Lakin bəzən mövcud reallığı da nəzərə almalıyıq”.
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli AzTV-yə müsahibəsində deyib.
O deyib ki, bəzən özəl telekanalların etdiklərinə görə Şuranı çox qınayırlar:“Təbii ki, qınamağa haqları var. Bu gün özəl telekanalların maddi-texniki bazası kifayət qədər deyil. Baxmayaraq ki, bu sahədə ciddi addımlar atılır. Lakin reytinq asılılığı həmin kanallarda verilişlərin keyfiyyətinin hələ də aşağı olmasına gətirib çıxarır. Bunu da acı təəssüf hissi ilə qeyd edirəm”.
MTRŞ sədri onu da qeyd edib ki, hazırkı dövrdə televiziya və radio yayımı sahəsində keyfiyyət və kəmiyyət dəyişiklikləri hiss olunacaq dərəcədə artıb: “Bu gün Azərbaycanda 84 adda televiziya və radio yayımçısı fəaliyyət göstərir. 10 ölkə kanalı dünya miqyasında yayımlanır, 13 kanal regionu əhatə edir, 13 radio ölkə miqyasında dinləyiciləri musiqi və verilişlərlə təmin edir. İki peyk televiziyası, 17 kabel operatoru var. Bu qədər rəqəmin içərisində işlərin çox rahat getməsi də doğru deyil. Nəticə odur ki, bu gün üçün ölkədə bu sahədə görülən işlər öz bəhrəsini verir”/Report.
Paylaş: