Xəbər lenti

Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo kəndi istiqamətində qanunsuz keçərək,  3 kiloqram 12,23 qram heroin və külli miqdarda metadon həblərini qaçaq yolla Azərbaycana keçirən Babək Eyvazov əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanıb. 

Strateq.az Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadən xəbər verir ki,   Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Babək Rzabala oğlunun öz bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyaraq, külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək istəyib:

"Babək Eyvazov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə dövlət sərhədini qanunsuz keçmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər faktlar üzrə məhkəmə qərarı ilə həbs edilib. Minayə Eyvazova isə Babək Eyvazovun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə ölkəyə qaytarılıb.

Hazırda araşdırmalar davam edir".

 




Ana səhifəyə qayıt        Baxış: 677          Tarix: 11-11-2017, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma