Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubun təşkilatçılığı ilə Azərbaycanda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə V ağıl oyunları festivalı keçiriləcək.
Festivalın keçirilməsində məqsəd ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin önəmli istiqamətlərindən olan intellektual oyunların təşkili, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinə nail olmaqdır.
Festivalda universitet tələbələrindən ibarət intellektual oyunlar üzrə yarışan komandalar iştirak edə bilərlər.
Festival çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Şəki, Quba, İsmayıllı, Ağdaş, Zərdab və Tərtərdə seçim turları təşkil olunacaq. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar V ağıl oyunları festivalının finalına vəsiqə qazanacaq. Festivalın finalı dekabrın 3-də Bakıda keçiriləcək.\\AZƏRTAC
Paylaş: