Xəbər lenti

Lənkəranda yanacaqdoldurma məntəqəsində YANĞIN, 2 nəfər xəsarət aldı

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanların kimliyi məlum olub.

Onlar yanacaqdoldurma məntəqəsinin sahibi Çingiz Allahverdiyev və həmkəndlisi Tərlan Məmmədovdur. Yanıq xəsarəti alan hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ç. Allahverdiyevin vəziyyətinin ağır olduğu deyilir. Onlar reanimasiya şöbəsindədirlər.

Qeyd edək ki, yanacaq dolduran boruda sızma baş verib, bu zaman yanğın olub.

***

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub.

Rayonun Separadi kəndində Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə nəticəsində iki nəfər xəsarət alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri çağırılıb.

Yanğın lokallaşdırılıb. (apa)




Ana səhifəyə qayıt        Baxış: 878          Tarix: 21-11-2017, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma