Xəbər lenti

Ombudsman aparatının nümayəndələri cəbhədə - FOTOLARAzərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Vüqar Heydərov hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibati otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.




Ana səhifəyə qayıt        Baxış: 515          Tarix: 2-12-2017, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma