Xəbər lenti

                                         

Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120035 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib.

Qeyd edək ki, yanvar-sentyabr aylarında ölkə üzrə bu göstərici 107 min 459 doğulan körpə olub.

10 ayın göstəricisinə əsasən, doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Qeyd edək ki, 9 ayın statistik göstəricilərinə görə də doğulan körpələrin sayında oğlanların sayı üstünlük təşkil edib – 53,1% oğlan, 46,9% isə qız uşaqları.

Məlumata görə, 10 ayın statistik göstəricisinə görə, körpələrdən 2134-ü əkiz, 42-si üçəm doğulanlardır.Trend




Ana səhifəyə qayıt        Baxış: 858          Tarix: 14-12-2017, 23:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma