Xəbər lenti

   

Nazirlər Kabineti Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə operativ məlumat yayıb.
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində 4 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. ANAMA mütəxəssisləri tərəfindən ərazidə su kanalına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (3 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.//APA




Ana səhifəyə qayıt        Baxış: 866          Tarix: 13-01-2018, 20:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma