Xəbər lenti

Şamaxı-Qızmeydan avtomobil yolunda güclü qar yağışı səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, bu gün səhər saatlarından etibarən yağan güclü qar yolun, əsasən, 1, 8, 11, 12 kilometrliklərində problemlər yaradıb.  

Şosenin 9 km-də nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb, yolun 5 km-lik dolaylı hissəsi buz bağlayıb. 

Yolun qardan təmizlənməsi üçün Azərbaycan Avtomobil Dövlət Yolları Agentliyinin 8 saylı Məhdud Məsuliyyətli Cəmiyyətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. 

Yol qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 27-01-2018, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma