Xəbər lenti

 

 II Fəxri Xiyabanda sağ ikən özlərinə qəbir qazdırıb, heykəl qoyduranlar var.

Ovqat.com BakıPost-a istinadən xəbər verir ki, Rusiyanın əməkdar geoloqu Bakıda özünə qəbir qazdırıb, heykəl qoydurub.

II Fəxri Xiyabanın girişində solda ucaldılmış iki əzəmətli heykəllərdən biri Rusiyanın əməkdar geoloqu (məzar daşının üstündə yazılıb – müəllif.) Faiq Məmmədova, yanındakı isə həyat yoldaşı Hacı Svetlana Məmmədovaya məxsusdur.

Qəbiristanlıqdakı molla hər iki məzarın sahibinin sağ olduğunu və onların ər-arvad olduqlarını deyib.

Mollalar danışırlar ki, Azərbaycanda özünə yer götürüb qəbir qazdırmaq ənənə halını almaqdadır. Buna bir səbəb Bakıdakı qəbiristanlıqlarda yerlərin getdikcə azalması, qiymətlərin qalxmasıdırsa, başqa bir səbəb öz yaxınlarına etibarsızlıqdır. Ona görə də imkanı olan adamlar o dünyadakı evlərini də tikdirirlər. Üstəlik, onlar pul verib böyük bir ərazini hasarlayır, mərmər döşətdirirlər.

Qiymətlərə gəlincə, müxtəlif rəqəmlər var. Əvvəla, II Fəxri Xiyabanda yalnız görkəmli xadimlər, tanınmış insanlar, şəhidlər və siyasət, elm adamları dəfn olunur. Amma kimin pulu varsa, o da fəxri mərhuma çevrilə bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 026          Tarix: 11-05-2017, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma