“Hələlik qeyd olunan təyinatlar olmayıb”.
Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov ASAN Xidmətdən nazirliyə daha 4 yeni təyanatla bağlı danışarkən Modern.az-a deyib.
O, hazırda qeyd edilən təyinatların real olmadığını bildirib: “Mənim özümlə bağlı təyinat oldu və açıqladıq. Hələlik qeyd edilən təyinatlar olmayıb. Əgər olarsa belə, burada gizlədiləcək məqam yoxdur”.
Nazirlik rəsmisi deyib ki, yeni təyinatlar olacağı təqdirdə ictimaiyyətə açıqlama veriləcək.
Qeyd edək ki, iddialara görə, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı ASAN Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, həmçinin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.
strateq.az
Paylaş: