Ovqat.com xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı xüsusi qrup ayrılıb: "Həmin qrup idmançıların yaşayış yerində, onların qidalandığı obyektlərdə mütəmadi olaraq, su və qidalardan analizlər götürür. Nəzarət tədbirləri oyunlar başa çatana qədər davam edəcək".
Z.Kazımov qeyd edib ki, nəzarət tədbirləri idman keçirilən və idmançıların yaşadığı ərazilərdə, onlara xidmət göstərilən obyektlərdə keçirilir.
Mərkəz rəsmisi qeyd edib ki, bunlardan əlavə, RGEM tərəfindən yarışlar başlamamışdan əvvəl oyunlar keçirilən ərazilərdə, o cümlədən Bakının 12 inzibati rayonunda sanitar təmizlik məsələlərinə ciddi nəzarət edilməsi üçün sanitar xidməti orqanlarına məktublar göndərilib: "Ərazilərdəki zirzəmilərin vəziyyəti, Mənzil İstismar Sahələrinin ərazilərində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində görülən tədbirlər, həyata keçirilən dezinfeksiya tədbirləri barədə bizə məlumatlar verilir".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Paylaş: