Xəbər lenti

Xəbər verdiyimiz kimi, iyunun 11-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclas barədə Kollegiyanın yaydığı açıqlamada müzakirə edilən məsələlər sadalanmaqla yanaşı, o da vurğulanırdı ki, vəkil etikası normalarının pozuntusu əsası ilə 1 vəkilə töhmət verilib, 1 vəkilin Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, 3 vəkilə isə irad tutulub.

Vəkillər Kollegiyasının məlumatında fəaliyyətinə xitam verilməsi qərara alınan vəkilin adı açıqlanmasa da, “AzPolitika.info”saytı həmin hüquqşünasın kimliyini dəqiqləşdirib.

“AzPolitika.info” öz mənbələrinə istinadən xəbər yayıb ki, vəkillik fəaliyyətinə xitam verilməsi üçün barəsində məhkəməyə müraciət olunması haqda qərar verilən şəxs tanınmış hüquqşünas İradə Cavadovadır.

Sayt iddia edib ki, Azərbaycanda ən savadlı vəkillərdən biri kimi tanınan İradə Cavadovanın vəkillik səlahiyyətlərinin dayandırılmasının səbəbi onun Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırovla yola getməməsidir – münasibətləri çox gərgin olub.

 




Ana səhifəyə qayıt        Baxış: 637          Tarix: 12-06-2018, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma